Klassik və milli memarlıq üslubunda inşa olunmuş Saat Meydanı İstirahət Kompleksi 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binanın 2-ci mərtəbəsi hoteldən ibarətdir. Hoteldə 43 standart, 4 suit və 1 "VIP" olmaqla 48 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. Birinci mərtəbədə 4 restoran, 2 kafe, uşaq əyləncə bölməsi, gənclər üçün virtual reallıq (VR) oyun zalı, 4 zaldan ibarət 125 yerlik kinoteatr (Cinemaplus) yerləşir.
Burada siz dünya qastronomiyasının müxtəlif təamlarını eyni zamanda dada bilərsiniz. Belə ki, Köşebaşı restoranında Türk mətbəxi, Jasmine restoranında Asiya mətbəxi, Batumi restoranında Gürcü mətbəxi, English Pubda trenddə olan pub atmosferi, "Chefm"də birçox fast food ləzzətləri, "Chocha"da isə bütün kofe çeşidləri və şirniyyat nümunələri sizə təqdim olunur.

Standart Otaq

1 nəfər 85‎₼

2 nəfər 105₼

Tək çarpayı, LCD televizor, makyaj stolu, kondisioner, minibar, kassa, wifi, qardrob, telefon, soyuducu, elektrik çaydanı, yanğın siqnalizasiya sistemi, 24 saat otaq xidməti, 24 saat təhlükəsizlik xidməti, gündəlik otaq təmizliyi, ödənişsiz su/çay/kofe, görüş/banket obyektləri, otelin tərkibində ATM
Duş kabin, saçquruducusu, buklet dəsti (diş pastası, jilet, sabun, şampun, duş geli), dəsmallar, çəkələk, çamaşırxana xidməti, ütü servisi, otel ləvazimatları

Suit Otaq

1 nəfər 120₼

2 nəfər 150₼

Yataq otağı, salon, oturma dəsti, LCD televizor, makyaj stolu, duş kabin, mərkəzi kondisioner sistemi, saçqurudan fen, minibar, elektron seyf, wifi, yanğın siqnalizasiya sistemi, 24 saat otaq xidməti, buklet dəsti (diş pastası, jilet, sabun, şampun, duş geli), telefon xidməti, çamaşırxana xidməti, fərdi ütü servisi, 24 saat təhlükəsizlik xidməti

Müştəri Rəyləri